AZAL yay vaxtına keçidin ləğvinə görə yeni uçuş cədvəli hazırladı

SOSİAL
22:51 21.03.2016
2083

“Azərbaycan Hava Yolları” QapalıSəhmdar Cəmiyyəti (AZAL) Azərbaycanda yay vaxtına keçidin ləğvi ilə əlaqədar yenilənmiş uçuş cədvəlini dərc edib.

AZAL-ın mətbuat xidmətindən  verilən məlumata görə, dəyişikliklərin əks olunduğu yenilənmiş uçuş cədvəlini aşağıdakı kimidir:

AZAL-ın
AZAL-ın yeni uçuş cədvəli

Yay uçuş cədvəli ilə tam şəkildə burada tanış olmaq olar.

Təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

"Azərbaycan Hava Yolları" QSC-nin bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.

Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected]/* */ e-mailinə yazmaq xahiş olunur. Reyslərin gəliş və uçuş cədvəlini hava limanının fasiləsiz məlumat xidmətinə aşağıdakı telefon nömrəsi ilə zəng edərək müəyyənləşdirmək mümkündür: (+99412) 497-27-27

OXŞAR XƏBƏRLƏR