Azər Türk Bakdan sahibkarlar üçün daha bir yenilik

Azər Türk Bakdan sahibkarlar üçün daha bir yenilik
İQTİSADİYYAT
13:29 15.04.2020
1508
Daim müştərilərinin rahatlığı qayğısına qalan dövlət bankı Azər Türk Bank xidmət keyfiyyətinin daha da artırılması istiqamətində növbəti yeniliyi təqdim etmişdir.

Məlumdur ki, bir sıra əməliyyatların həyata keçirilməsi zamanı hüquqi şəxs və fərdi sahibkar olan müştərilərin banka gəlməsi zəruridir.

Bunu nəzərə alan Azər Türk Bank belə hallarda onların mövcud vəziyyətlə əlaqədar olaraq, banka gələrək kütləvi şəkildə toplanmaması, həmçinin vaxta qənaət etməsi üçün xüsusi onlayn müraciət forması hazırlamışdır.
 
Belə ki, müştərinin form.atb.az ünvanına daxil olaraq, müvafiq müraciət formasında VÖEN və mobil telefon nömrəsini qeyd etməklə, istədiyi xidmət növünü işarə etməsi kifayətdir. Onlayn müraciət Bankın Müştəri Xidmətləri Mərkəzi tərəfindən qəbul edilir, müştəri ilə telefon əlaqəsi yaradılır və göstərilən əməliyyatlarla əlaqədar lazımi işlər yerinə yetirilir. Bundan sonra müştəri banka gələrək, yalnız hazır sənədləri imzalayır və əməliyyat yekunlaşdırılır.

Həmçinin hüquqi şəxs, fərdi sahibkar olan müştərilər əməliyyatların geniş çeşidini Bankın "ATB Bussines” internet bankçılıq xidmətinə qoşulmaqla onlayn rejimdə yerinə yetirmək imkanına malikdirlər. Qeyd edək ki, 31 may tarixinədək "ATB Business” xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.

"ATB Business” internet-bankçılıq xidməti əhəmiyyətli üstünlüklərə malikdir. Belə ki, ənənəvi olaraq filial və şöbələrdə icra edilən əməliyyatlardan fərqli olaraq, bu platforma üzərindən verilən müştəri tapşırıqları bank əməkdaşlarının təsdiqi olmadan avtomatik icra edilir, əməliyyatlara endirimli komisyon haqqı tətbiq olunur və bunun müqabilində müştərilər "cash-back” qazanırlar. Eləcə də, daxil edilmiş köçürmə əməliyyatlarının cəm şəklində elektron imza ilə təsdiqlənməsi imkanı verilir, əmək haqqı ödənişləri günün istənilən vaxtı, 24/7 rejimində asan şəkildə yerinə yetirilir.

Azər Türk Bankda hesab açmaq və "ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

Ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib