Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi

İQTİSADİYYAT
13:24 16.08.2022
312

Dövlət bankı Azər Türk Bankın kart sahibi olan müştəriləri Apple Pay vasitəsilə ödəmələri daha rahat edə biləcəklər.

 

AZXEBER.COM xəbər verir ki, Apple Pay - ticarət, xidmət müəssisələrində, tətbiqlərdə və saytlarda iPhone, Apple Watch, iPad, Mac vasitəsilə edilən sürətli və təhlükəsiz ödəniş üsuludur.


Hər bir əməliyyatın təhlükəsizliyi Apple-in innovativ texnologiyaları ilə təmin olunur.


Apple Pay-dən istifadə etməklə NFC texnologiyasını dəstəkləyən POS-terminallar və ATM-lər vasitəsilə kontaktsız əməliyyatları yerinə yetirmək mümkündür.


Apple Pay-ə necə qoşulmaq olar?


Kart seçin:


atb360 mobil tətbiqində Apple Pay sisteminə əlavə edəcəyiniz kartı seçin.


Apple Pay-ə əlavə edin:

"Apple Wallet-a əlavə etmək” düyməsinə toxunun.


Cihazı seçin:

Apple Pay-i aktivləşdirmək istədiyiniz cihazı seçin.


Təsdiqləyin:

İstifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiqləyin.


Qeyd edək ki, bir Apple cihazında Apple Wallet-ə bir neçə atb kart əlavə edə bilərsiniz. Əsas kart əlavə edilən ilk kart olacaq. Cihazın parametrlərində əsas kartı istənilən vaxt digəri ilə əvəz etmək mümkündür.


Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

 

OXŞAR XƏBƏRLƏR