Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd "Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və "YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb.
Azər Türk Bank tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - "YAŞAT” Fonduna dəstək göstəriləcəyi sənəddə öz əksini tapıb.
Razılaşmaya əsasən, tərəflər Fondun şəhid övladları üçün "Bir uşaq - bir gələcək” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi Azər Türk Bank-ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.















































