Azər Türk Bankdan müştərilərinə bayram günlərində 5% cashback

Azər Türk Bankdan müştərilərinə bayram günlərində 5% cashback
İQTİSADİYYAT
10:20 19.03.2025
678

Dövlət bankı Azər Türk Bank Novruz və Ramazan bayramları günlərində Google PayApple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində aparılan əməliyyatlar üzrə kampaniya elan edir.

Belə ki, 2025-ci il 20 mart tarixindən etibarən Bankın atb card debetyeni nəsil əməkhaqqı kartısahiblərinə marketlərdə təmassız ödənişlər zamanı 5% həcmində cashback hesablanacaqdır.

Kampaniya dövrü ərzində müştəriyə hesablanacaq maksimum cashback limiti 200 manat səviyyəsindədir.

Kampaniyanın müddəti 31 mart daxil olmaqla həmin tarixədəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR