“Azərbaycan Atabəyləri” filmi işğaldan azad Laçında nümayiş olundu – FOTOLAR

“Azərbaycan Atabəyləri” filmi işğaldan azad Laçında nümayiş olundu – FOTOLAR
MƏDƏNİYYƏT
19:52 08.02.2025
1444

Artıq kinosevərlərin ixtiyarına verilən "Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı 07 fevral 2025-ci il tarixdə, saat 18.00-da Laçın şəhərində "Lacinema” Kino Mərkəzində baş tutub. Film təqdimatından öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən  Azərbaycan Respublikasının Prezidentinin Laçında xüsusi nümayəndəsi Məsim Məmmədov  çıxış edərək filmin təqdimatının Laçında keçirilməsinə görə  yaradıcı heyətinə öz təşəkkürünü bildirib.

Daha sonra  "Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov çıxış edib.

"Filmin Laçında təqdim edilməsində məqsəd "Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqları, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır. Hesab edirəm  ki, film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq. Bu filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuralltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur – Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır "Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir. ” -deyə Sərvər Bayramov bildirib.

Daha sonra çıxış edən xalq artisti Mehriban Zəki bu filmin Laçında təqdimatını böyük ugurun başlanğıcı adlandırıb.

"Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Mən hər birinizi bu gün münasibətilə təbrik edirəm”-deyə Xalq artisti bildirib.

Daha sonra filmin təqdimatı keçirilib. Film böyük coşqu ilə qarşılanıb.

Təqdimatda şəhid ailələri qazilər, Laçında yaşayan sakinlər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Televiziyası, "Şahdağfilm”, qardaş Türkiyənin "İkinciYeniFilm” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır. Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr – Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir. Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırırkən, İlqar Mehti isə Qara Sungur kimi ekrana çıxır. Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqıfoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Cəngər Çavlı), Səmimi Fərhad (Vəzir El Həzni), Samir Qulamov (Gəncə), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi) və Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud), kimi azərbaycanlı sənətçilər də yer alır. Filmdə həmçinin, 300-dən çox aktyor epizodları canlandırıb. Ümumilikdə, yaradıcı heyətdə 500 nəfərdən çox insan çalışıb. Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslər istifadə olunub. 1000-ə yaxın xüsusi geyimlər hazırlanıb, yüzlərlə əlbəsə, rekvizitlər, aksessuarlar istehsal edilib və satın alınıb. Filmin quruluşçu rejissoru özünün uğurlu işləri ilə tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahildir və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən "İkinciYeniFimi” təmsil edən Furkan Bəslidir. Qeyd edək ki, "Azərbaycan Atabəyləri” bədii-sənədli filminin Qala gecəsi 03 dekabr 2024-cü ildə Heydər Əliyev Mərkəzində baş tutub.
 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım