Azərbaycan Avropa İttifaqı ilə 12,406 milyard dollar həcmdə ticarət əməliyyatı aparıb

İQTİSADİYYAT
14:14 21.11.2013
1310
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Avropa İttifaqı arasında 12 mlrd. 406 mln. 221 min dollar məbləğində ticarət əməliyyatı həyata keçirilib.
AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi hesabat dövründə ümumi dövriyyənin 43%-ni təşkil edib.
Hesabat dövründə Avropa İttifaqı ilə ticarət dövriyyəsinin 9 mlrd. 393 mln. 958 min dolları Azərbaycanın ixracının, 3 mlrd. 012 mln. 263 min dolları isə idxalın payına düşüb.
Azərbaycanın 10 ayda Avropa İttifaqı ölkələrinə ixrac etdiyi məhsulların həcmi hesabat dövründə ümumi ixracın 47%-ni təşkil edib.
Avropa İttifaqı ölkələrindən idxal isə ümumi idxalın 34%-ni təşkil edib.
Bu ilin 10 ayında Azərbaycanın Avropa İttifaqı ölkələrindən idxalı 44% artıb, bu ölkələrə ixracı isə 2% azalıb.
Yanvar-oktyabr aylarında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsində 6 mlrd. 381 mln. 695 min dollar məbləğində müsbət saldo yaranıb.
Qeyd edək ki, bu ilin 10 ayında Azərbaycanın ümumi ticarət dövriyyəsi 28 mlrd. 798 mln. 625 min dollar təşkil edib ki, bunun da 19 mlrd. 921 mln. 329 min dollar ixracın, 8 mlrd. 877 mln. 295 min dollar isə idxalın payına düşüb.

OXŞAR XƏBƏRLƏR