"Azərbaycan banklar dollar satışıyla yanaşı alışını da dayandırıb" - Tanınmış iqtisadçı

TOP4
16:48 07.12.2016
3986
Tanınmış iqtisadçı Vüqar Bayramov 
 
Bankların əksəriyyəti dollar alışını dayandırıblar. Təəccüblənməyin, söhbət nə qədər qəribə olsa da dollar satışından deyil, alışından gedir. Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu valyuta artıqlığı ilə bağlıdır. Banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstərişin verilmədiyini bildirirlər. Sadəcə, əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur. Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil.
 
Digər tərəfdən, əgər banklarda dollar artıqlığı varsa o zaman vətəndaşlara niyə dollar satmırlar?
 
Dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki valyuta artıqlığı bir az azalsın- sadə iqtisadi məntiq bunu deyir. Bəs, dollar alışından imtinanın səbəbi nədir?
 
Səbəb sadədir: inzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azatlmaq.
 
Vətəndaş aldığı dolları sata bilmirsə dollar ilə yığımlarını azalda bilər. Bu səmərəli yoldurmu? Təbii ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər və nəticədə bu bir neçə gün davam edərsə, dollar ilə yanaşı "manatın da qara bazarı” yaranacaq. Bu halda, vətəndaşlar "qara bazara” dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alış qadağası qalarsa "qara bazar”dakıların "əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək. Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək? Belə çıxır ki, hotellərdə "qara bazar” ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır ki, tursitlər bilsinlər ki haradan manat ala bilərlər. Bu zarafata bənzəsə də əksər bankların dollar almadığı şəraitdə xeyli real görsənir.
 
Digər tərəfdən, əgər dollar artıqlığı varsa o zaman ən sadə məntiqlə sabahkı hərracda banklar dollar almayıb, əksinə dollar satmalıdırlar. Deməli, dollar təklif etməlidirlər. Hərrac qaydalarına əsasən isə dollar təklifi tələbini üstələdiyi halda dolların kursu düşməli, manatın kursu möhkəmlənməlidir. Bu belə olacaqmı?
 
Əksər bankların izah edilməsi çətin olan qərarları əsasında nə isə demək mümkün deyil. Sabahı gözləyək. Amma belə olmayacaqsa deməli, banklarda dollar artıqlığı yoxdur və dollar alışından imtina bütün hallarda inzibati yollar ilə həyata keçirilir- valyuta bazarına nəzarət edən qurumların təkziblərinə baxmayaraq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu