Azərbaycan bayrağını dəyişmək istəyərkən yerə yıxılan şəhidin qardaşı vəfat etdi

Azərbaycan bayrağını dəyişmək istəyərkən yerə yıxılan şəhidin qardaşı vəfat etdi
SOSİAL
14:17 08.10.2021
1083
Gəncədə ötən ay evinin önündə bayrağı dəyişmək istəyərkən yerə yıxılan şəxs bu gün xəstəxanada vəfat edib. 
Bu haqda AZXEBER.COM-a mərhumun yaxınları məlumat verib. 
Məlumata görə, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

O, 25 sentyabr tarixində xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, Pərviz İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən Müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.
OXŞAR XƏBƏRLƏR