Azərbaycan Bəstəkarlar İttifaqının növbəti beş il üçün katibliyi müəyyənləşdi

MƏDƏNİYYƏT
00:27 26.12.2012
2413

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilib. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, Sərdar Fərəcov, Zemfira Qafarova, Cəlal Abbasov, Aliyə Məmmədova, Lalə Hüseynova qeyd olunan üzvləri yekdilliklə Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər.

Qeyd edək ki, Sərdar Fərəcov - bəstəkar, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Zemfira Qafarova - musiqişünas, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Cəlal Abbasov – bəstəkar, əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın dosenti, Aliyə Məmmədova- bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəllimi, Lalə Hüseynova - musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, bu günlərdə Bəstəkarlar İttifaqında yeni sədr seçkiləri keçirilib. Xalq artisti Firəngiz Əlizadə növbəti beş il üçün yenidən sədr seçilib.

OXŞAR XƏBƏRLƏR