Azərbaycan Beynəlxalq Bankından rəqəmsal xidmətlərə dair çağırış

Azərbaycan Beynəlxalq Bankından rəqəmsal xidmətlərə dair çağırış
İQTİSADİYYAT
12:17 17.03.2020
4892
Müştərilərin və əməkdaşların koronavirus infeksiyasından (COVID-19) qorunması qayğısına qalaraq Azərbaycan Beynəlxalq Bankı qabaqlayıcı tədbirlər həyata keçirir. Bank struktur bölmələrinin iş rejimində də müəyyən dəyişikliklər aparıb. Bir çox işçilərin evdən çıxmadan distant qaydada çalışmasına şərait yaradılıb. Ezamiyyətlər təxirə salınıb, iclas və görüşlərin xüsusi platformaların dəstəyi ilə onlayn qaydada həyata keçirilməsi təmin olunub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı öz filial və şöbələrində müştərilərə fasiləsiz xidmət göstərməklə yanaşı, məhsul və xidmətlərdən banka gəlmədən istifadə edə bilməkdən ötrü müştərilərinə bankın təqdim etdiyi bir çox innovativ vasitələrdən faydalanmağı da tövsiyə edir. Belə ki, fərdi müştərilər üçün bir çox bank xidmətlərini Azərbaycan Beynəlxalq Bankının İnternet bankçılıq xidməti üzərindən əldə etmək olar. Bankın hüquqi şəxs müştərilər üçün nəzərdə tutulmuş korporativ internet bankçılıq xidməti korporativ müştərilərə də belə bir imkanı yaradır.

Bundan başqa, fərdi müştərilər Azərbaycan Beynəlxalq Bankının İBAm mobil tətbiqini smartfonlarına yükləyərək bir çox bank xidmətlərini bu plaforma üzərindən əldə edə bilərlər.

Müştərilərin filial və şöbələrdə növbədə gözləməməsi üçün bank onlara Randevu xidmətindən faydalanmağı da tövsiyə edir. Bu xidmətin üstünlüklərindən yararlanmaqla müştəri bankda ona xidmət vaxtını bir gün əvvəldən özü təyin edə bilir. Bəzi bank xidmətlərindən isə Azərbaycan Beynəlxalq Bankının ATM-ləri və 937 nömrəli Məlumat  Mərkəzi vasitəsilə istifadə etmək mümkündür. Bank apreldən korporativ müştərilərinə, o cümlədən kiçik və orta sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradacaq.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib: "Bank sektoru üçün, demək olar ki, yeni bir dövr başlanıb. Artıq hamı anlayır ki, həm fərdi,  həm də korporativ müştərilər üçün rəqəmsal platformaların inkişaf etdirilməsini və funksionallığının artırılmasını sürətləndirmək lazımdır. Alternativ xidmət kanallarımızın inkişafına, bu istiqamətdə yeni müştəri vərdişlərinin formalaşdırılmasına, eyni zamanda əməkdaşlarımız üçün məsafədən işləmə praktikasının mükəmməl tətbiqinə fokuslanırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib