Azərbaycan Beynəlxalq Universitetinin sabiq dekanı həbs edilib

Azərbaycan Beynəlxalq Universitetinin sabiq dekanı həbs edilib
KRİMİNAL
11:28 29.11.2013
3208

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib.

Bu barədə AZXEBER.COM-a açıqlamasında Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.İdarədən bildirilib ki, gecə saat 01:00 radələrində polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178 maddəsi ilə axtarışda olan Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü İbrahimova Afaq Rafiq qızı tutularaq istintaqa təhvil verilib.“Afaq İbrahimova əvvəllər ABU-nun Aqronomiya fakültəsinin dekanı olub. Amma bu həbs qərarı oradakı fəaliyyəti ilə bağlı deyil. Başqalarını işə düzəltmək adı ilə söz verib, onlara maddi ziyan vurub. Həbs qərarı buna görədir” - deyə, məlumat verilib.Həmçinin bildirilib ki, A.İbrahimova dələduzluq faktına görə əvvəllər də bir neçə dəfə polis tərəfindən saxlanılıb. O, hər dəfə vətəndaşlardan aldığı pulu qaytaracağı barədə vəd verərək məsuliyyətdən yayınıb. Sonuncu dəfə isə məhkəmə A.İbrahimova barəsində həbs-qətimkan tədbiri seçməklə barəsində axtarış elan edibmiş.Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 178 maddəsinin 2.4-cü bəndinə görə dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

OXŞAR XƏBƏRLƏR