Azərbaycan ədəbiyyatına ağır itki - FOTO

MƏDƏNİYYƏT
00:29 13.02.2024
1613
Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq Simax Şeyda bu gün - fevralın 12-də Almaniyanın Münhen şəhərində vəfat edib.

Bu barədə Azərbaycan Dağ Yəhudiləri Dini İcması məlumat yayıb.

İcma şairin vəfatı ilə bağlı başsağlığı verib.

Simax Yuşbayev 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.

Simax Şeydanın "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün qələmə aldığı mənzum pyeslər oxucular tərəfindən rəğbətlə qarşılanıb. Simax Şeydanın "Təyyarə", Mən balaca kosmanavtam", "Yaxşı qız", "Tülkü-tülkü- tünbəki", "Nəğməli meşə", son illər yazdığı "Kimin belə qızı var", Nağıl istəyən qız", "Yoxdur belə nənədən", "Qızım qızlar içində", "Topçu Həsən" və s. kitabları kütləvi tirajla işıq üzü görüb. Yazıçın bu günə kimi 24 kitabı işıq üzü görüb. Əsərlərini iki dildə - həm Azərbaycan türkcəsində, həm də dağ yəhudilərinin dilində yazıb. Azərbaycan klassik ədəbiyyatını dağ yəhudilərinin dilinə tərcümə edib və bütün dünyaya yayılmasına çalışıb. Tərcümələri Amerikada, Kanadada nəşr edilib.

///modern.az
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq