Azərbaycan Fransada şərab festivalında iştirak edib

MƏDƏNİYYƏT
01:03 24.05.2012
1816
Fransanın Burqundiya regionunun Oser şəhərində "Oserin üzüm gülləri" şərab festivalı keçirilib. Tədbiri 20 minə yaxın insan ziyarət edib. Bu məqsədlə Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə rəsmi şəxslərdən və şərabçılıq sahəsində ixtisaslaşmış iş adamlarından ibarət nümayəndə heyəti mayın 18-21-də Oser şəhərində səfərdə olublar.İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilki festivalda xarici ölkələrdən yalnız Azərbaycan Fəxri Qonaq qismində iştirak edib. Ölkəmiz üçün ayrılmış sahədə Azərbaycan şərabları nümayiş olunub, həmçinin milli mətbəximiz və musiqimiz ziyarətçilərə təqdim edilib.Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində üzüm plantasiyalarında və şərab istehsalı müəssisələrində də olub, təcrübə mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR