Azərbaycanın futbol üzrə milli komandası Sinqapurla yoldaşlıq oyunu keçirəcək.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından şənbə günü bildirilib.
Oyun fevralın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Bu il Azərbaycan milli yığma komandası həmçinin fevralın 29-da Dubayda Fələstin, mayın 30-da Almaniyanın Frankfurt şəhərində Andorra, iyunun 5-də isə Minsk şəhərində Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.