Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu
İDMAN
09:17 02.02.2022
248
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli, bununla əlaqədar bu gündən etibarən fevralın 3-dək Bakıda hazırlıq keçməli idi.

AZXEBER.COM xəbər verir ki, prosedura uyğun olaraq komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb.

Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub.

COVID-19 testi pozitiv nəticələnənlərin siyahısını diqqətinizə çatdırırıq:

Futbolçular:
Adəm Topalov
Həmzəli Mikayılov
Eşqin Əhmədov
Hacıəli Şirəliyev
Murad Məmmədov
Sənan Ağalarov

Məşqçi:
Aslan Kərimov

İnzibatçı:
Ehtiram Abbasov
OXŞAR XƏBƏRLƏR