Azərbaycan Müdafiə Nazirliyindən rəsmi açıqlama

SİYASƏT
14:16 20.08.2013
1388
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfərinin baş tutmaması ilə bağlı açıqlama yayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfərinin ləğv edilməsi ilə əlaqədar yayılan informasiyada qeyri-dəqiqliyə yol verilib: “Səfər sadəcə təxirə salınıb. Hazırda danışıqlar gedir, vaxt dəqiqləşəndən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutacaq”.

OXŞAR XƏBƏRLƏR