Azərbaycan müğənniləri bu yay harada dincələcək?

MAQAZİN
15:30 21.06.2013
1804

Azərbaycan estradasının tanınan simaları yay istirahətini keçirmək istədikləri məkanlardan danışıblar.

Axşam.az-ın məlumatına görə, sənətçilər “Xəzər” telekanalında yayımlanan “Starlife” verilişində bu yay üz tutacaqları ölkələrin adını açıqlayıb.

Xalq artisti Faiq Ağayev– Dəniz, okean içində olan məkanlarda istirahət etmək istəyirəm. Bu cür yerləri xoşlayıram.

Müğənni Vasif Məhərrəmli– İsti ölkələrə üz tutmağı sevmirəm. Mən fəsil dəyişməyi xoşlayıram. Məsələn, yay ayında soyuq ölkədə istirahət arzulayıram. Çox şükür ki, dünyanın harasına istəyirəmsə, pul tapıb gedə bilərəm.

Əməkdar artist Ədalət Şükürov– Xorvatiya, Türkiyə və Tunisdə istirahət edəcəyəm. Tunisdə iki dəfə olmuşam. Gəzdiyim yerlər çox olub. Amma hələ görmədiyim ölkələr də var. Məmnuniyyətlə Bora Boraya gedərdim.

Müğənni Elçin Cəfərov– Cibimdə istirahətə yetəcək qədər pul var. Mən harasa getmək istəsəydim, ilk öncə cibimdəki məbləğə baxardım. Hansı ölkəyə bəs edəcəksə, oraya üz tutaram.

Elton Hüseynəliyev– Bir ildən çoxdur istirahət etmirəm. Düşünürəm ki, əvvəlcə rayonlarımıza – İsmayıllı, Qəbələyə üz tutum. Öz bölgələrimizin havası çox gözəldir. Daha sonra Bodruma gedəcəyik. Amma iyulda istirahət edəcəyəm. Çünki hələ işləyirəm.

Nadir Qafarzadə- Tanınmış insan burada rahat ola bilmir. Məcbur olub xaricə gedirəm. Məmnuniyyətlə öz vətənimdə dincələrdim. Çünki buranın suyundan, havasından heç yerdə yoxdur. Ailəmlə Avropaya üz tutacağam, onların mədəniyyəti, mətbəxi ilə tanış olacağam.

Zamiq– İstirahətimdən qalmıram. Yay, qış mənə fərq etmir. Ürəyim istəyəndə dincəlirəm.

Xatirə İslam– Məni bilmək olmaz. Deyirəm ki, bu yay heç yerə getməyəcəm, bağımda dincələcəyəm. Amma bir də gördünüz oğlumu da götürüb, harasa getdim.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi