Azərbaycan Ordusunun zabiti dənizdə batdı

SİYASƏT
11:23 20.08.2013
2034

Azərbaycan Ordusunun zabiti dənizdə batıb.

APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya faktı təsdiqləyiblər.

OXŞAR XƏBƏRLƏR