Azərbaycan qaz hasilatının həcmini kəskin artıracaq

İQTİSADİYYAT
11:53 20.09.2013
1575
Azərbaycanda laylara vurulan qaz istisna olunmaqla qaz hasilatını 2025-ci ilə qədər 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar var.Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevin cümə günü "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilir.Məqalədə bildirilir ki, 2015-ci ildə ölkə üzrə qaz hasilatı laylara vurulan qaz istisna olunmaqla, 20 milyard kubmetrə çatdırıla bilər.ARDNŞ rəhbəri bildirib: "Mövcud layihələr üzrə görülən işlər, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir"."Şahdəniz", "Ümid", "Abşeron" "Babək", "Naxçıvan" və digər strukturların işlənilməsi Azərbaycanda qaz hasilatını kəskin şəkildə artırmağa imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR