Azərbaycan səfiri Keniyanın Baş naziri ilə görüşüb - FOTO

Azərbaycan səfiri Keniyanın Baş naziri ilə görüşüb - FOTO
SİYASƏT
19:54 30.03.2025
420
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi arasında görüş keçirilib.

Səfirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub və cari ildə nəzərdə tutulan səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində potensialın istifadəsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Mudavadi Azərbaycana etdiyi səfərlər barədə ən xoş təəssüratlarını bölüşüb və iştirak etdiyi COP29-da Azərbaycanın liderliyi ilə qəbul edilən mühüm qərarların əhəmiyyətini dilə gətirib.

İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edən Baş nazir Azərbaycanın rəqəmsal həllər və ictimai xidmətdə əldə etdiyi innovativ nailiyyətlərinin tətbiqi, o cümlədən ASAN Xidmət ilə ölkəsinin "Huduma” vətəndaşlara xidmət təşkilatı arasında əməkdaşlığın qurulmasına Keniya tərəfinin maraqlı olduğunu bildirib. Həmçinin qeyd edib ki, sərmayələrin cəlb edilməsi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur və bu çərçivədə kiçik və orta sahibkarlıq subyektləri arasında işbirliyinin də gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Səfir məlumat verib ki, Azərbaycan 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcək. Vurğulayıb ki, WUF13 çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.

Baş nazir Azərbaycanın dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformaları arasında əlaqənin inkişafı üzrə fəaliyyətinə dəstək vermək üçün Keniyanın WUF13 çərçivəsində sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Keniyanın bir neçə təhsil və tibb müəssisələrinə bu yaxınlarda edilən humanitar yardımlar xatırlanıb. Baş nazir Mudavadi göstərilən humanitar yardımlara görə təşəkkür edərək, bunun tərəflər arasında səmimi dostluğun və əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
21:24 02.04.2025
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
21:12 02.04.2025
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
20:56 02.04.2025
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sumqayıtda küçədə kişi meyiti tapılıb
20:42 02.04.2025
Sumqayıtda küçədə kişi meyiti tapılıb
Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək
20:34 02.04.2025
Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək
Bəzi ərazilərdə qaz olmayacaq
20:28 02.04.2025
Bəzi ərazilərdə qaz olmayacaq
Yaponiya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib
20:25 02.04.2025
Yaponiya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib
Adanada ağır avtomobil qəzası: 5 ölü, 10 yaralı
20:12 02.04.2025
Adanada ağır avtomobil qəzası: 5 ölü, 10 yaralı
"Rusiya KTMT çərçivəsində Ermənistanla münasibətlərin dərinləşməsini istərdi"
19:49 02.04.2025
"Rusiya KTMT çərçivəsində Ermənistanla münasibətlərin dərinləşməsini istərdi"
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının tarixi açıqlanıb
19:11 02.04.2025
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının tarixi açıqlanıb
Çexiya Ukrayna xəstəxanalarının modernləşdirilməsi üçün 100 milyon avro ayıracaq
18:59 02.04.2025
Çexiya Ukrayna xəstəxanalarının modernləşdirilməsi üçün 100 milyon avro ayıracaq
Britaniya moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq edib
18:47 02.04.2025
Britaniya moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq edib
"Vyetnam Kommunist Partiyasının baş katibinin səfəri zamanı sənədlər paketi imzalanacaq"
18:36 02.04.2025
"Vyetnam Kommunist Partiyasının baş katibinin səfəri zamanı sənədlər paketi imzalanacaq"
Çin Müdafiə Nazirliyi: Tayvanın müstəqilliyi regionda sülhlə bir araya sığmır
18:24 02.04.2025
Çin Müdafiə Nazirliyi: Tayvanın müstəqilliyi regionda sülhlə bir araya sığmır
Britaniya və Fransa gələn həftə "istəklilər koalisiyası"nın iclasını keçirəcək
18:11 02.04.2025
Britaniya və Fransa gələn həftə "istəklilər koalisiyası"nın iclasını keçirəcək
Bir "Məbəd"in bir ömürlük mabədi...
17:44 02.04.2025
Bir "Məbəd"in bir ömürlük mabədi...