Azərbaycanın ən məşhur simaları harda və nə vaxt doğulublar?
“Qafqazinfo” bu suala cavab tapmaq üçün kiçik bir araşdırma aparıb. Qeyd edək ki, şou nümayəndələrinin bəziləri öz yaşlarını gizlədir, hətta onların bəzilərinin sənədlərində saxtakarlıq edərək doğum tarixlərini dəyişdirdikləri də iddia olunur. Biz əldə etdiyimiz məlumatları oxucularımızla paylaşırıq.
Xalq artsiti Flora Kərimova 1941-ci il iyulunda Bakıda anadan olub.
Xalq artisti İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində dünyaya gəlib.
Xalq artisti Nəzpəri Dostəliyeva 1964-cı il dekabrın 23-də Şamaxıda doğulub.
Nadir Qafarzadə 11 fevral 1966-cı ildə Azərbaycanın Şabran rayonunda anadan olub.
Xalq artisti Brilliant Dadaşova 15 sentyabr 1965-cu ildə Bakı şəhərində anadan olub.
Xalq artisti Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da Bakıda dünyaya gəlib.
Röya Ayxan 1982- ci il iyun ayının 14-də Qarabağın Ağdam rayonunda dünyaya gəlib.
Xalq artisti Faiq Ağayev 29 dekabr 1971-cı ildə Bakıda anadan olmuşdur.
Rəqsanə İsmayılova 25 may 1979-cu ildə Gədəbəydədünyaya göz açıb.
Samir Bağırov Bakı 21 avqust 1967-ci ildə anadan olub.
Xalq artisti Məleykə Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.
Meyxanaçı Namiq Qaraçuxurlu 8 noyabr 1978-də Qaraçuxur qəsəbəsində dünyaya gəlib.
İfaçı Zamiq Hüseynov 26 oktyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb.