Azərbaycan universitetlərində tələbələrə qoyulan qəribə qadağalar - Cırığ şalvar, qısa ətək və...

Azərbaycan universitetlərində tələbələrə qoyulan qəribə qadağalar - Cırığ şalvar, qısa ətək və...
SOSİAL
18:40 08.11.2018
9204
Son zamanlar universitetlər verdikləri təhsildən çox, qəribə qadağaları ilə gündəmə gəlir. 

Biz də ali təhsil müəssisələri tərəfindən tələbələrə qoyulan qadağaları onlardan öyrəndik. 

AZXEBER.COM oxu.az-a istinadən həmin qadağaları təqdim edir:

Bakı Slavyan Universitetində tələbələrə yırtıq şalvar geyinmək qadağası var. Gəncə Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağandır. Tələbələr saqqalla universitetə gələ bilməzlər. 

GDU-də tələbələrdən biri saqqalla imtahana gəldiyi üçün imtahanda iştirak etməsinə icazə verilməyib. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) saqqal qadağası olmasa da, idman şalvarı, şort və "vetnamka” geyinmək olmaz. 

Bakı Biznes Universitetində oğlanların saqqal saxlamasına, təhsil ocağında siqaret çəkməsinə və yırtıq şalvar geyinməsinə qadağa var. 

Bakı Dövlət Universitetində siqaret çəkmək qadağandır. Tələbələr deyir ki¸ buna nə müəllimlər, nə də tələbələr əməl edir. BDU-da rektorun otağı olan koridordan tələbələr keçə bilməz. 

"Odlar Yurdu” Universitetində tələbələr hündürdaban ayaqqabı geyinməməlidir. Səbəb odur ki, onlar bu ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur. 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) siqaret çəkmək üçün ayrıca guşə var. Tələbələr "Siqaret otağı”ndan kənarda siqaret çəkə bilməzlər. Qaydalara əməl etmədikdə onlar cəzalandırılır. 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin şortla dərsə gəlmək qadağası olsa da, artıq bu qadağa ləğv edilib. Universitet daxilində siqaret çəkilməsinə icazə verilmir. 

Azərbaycan Milli Konservatoriyasında tələbələrə liftdən istifadə qadağandır.

İlahiyyat Universitetində yırtıq şalvar və qısa ətək geyinmə qadağası var. 

Azərbaycan Memarlıq və İnşaat Universitetində liftlərdən birinin üzərinə "qızlar üçün” yazılmış lövhə var. Həmin liftə oğlanlar daxil ola bilməz. İki qızın on oğlanla bərabər əzilib, sıxılıb getməməsi üçün bir lift ayrılıb. Qızlar ümumi liftdən də istifadə edə bilərlər.

Paytaxtda fəaliyyət göstərən universitetlərin bəzilərinin mətbuat xidmətlərinin də fikirlərini öyrəndik. 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyir ki, ADU-da, sadəcə, bir qadağa var: 

"Universitetin həyətində siqaret çəkmək olmaz. Bu, həm müəllimlərə, həm də tələbələrə aiddir. Başqa qadağa yoxdur”.

Qərbi Kaspi Universitetinin nümayəndəsi Vüsal Məmmədov deyir ki, orada ciddi nizam-intizamla yanaşı, olduqca demokratik mühit var:

"Əgər nəsə təhsil qanunvericiliyinə və milli dəyərlərimizə zidd deyilsə, qadağan deyil. Bir də, təbii ki, oxumamaq qadağandır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavid Xəlilov bildirib ki, UNEC-də tələbələrə heç bir qadağa yoxdur:

"Bizdə geyim, xarici görünüş baxımından tələbələr qarşısında heç bir qadağa qoyulmur. Əsas məqsəd Azərbaycan üçün dəyərli vətəndaş yetişdirməkdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu