Azərbaycan vaksin hazırlasa, kimlər onu vurdurar? - "Dövlət qarantiya verərsə, niyə də yox?"

Azərbaycan vaksin hazırlasa, kimlər onu vurdurar? - "Dövlət qarantiya verərsə, niyə də yox?"
SOSİAL
15:34 23.08.2021
929

Xəbər verdiyimiz kimi, ölkəmizdə ilk dəfə vaksin yaradılması ilə bağlı tədqiqatlara start verilib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı tvitter hesabında yazıb: "Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib".

Bəs Azərbaycanda istehsal olunacaq vaksinin faydalılıq dərəcəsi nə qədər olacaq, bundan hər kəs istifadə edəcəkmi?

AZXEBER.COM mövzu ilə bağlı bəzi siyasətçilərin fikirlərini öyrənib.

 

Aqil Abbas

Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, ehtiyac yaranarsa, həmin vaksindən də vurdurar: "Bununla bağlı mütəxəssislər varsa, labarotoriyalar varsa, o zaman hazırlana bilər. Belə olan halda biz pulu xaricə, başqa ölkələrə vermərik. Amma nə vaxta hazırlanacağı bilinmir. Bəlkə o vaxta qədər xəstəlik bitəcək. Amma hazırlanarsa, dövlət buna qarantiya verərsə, ehtiyac yaranarsa, niyə də yox? Mən də o vaksindən vurduraram”.


Tural Abbaslı

Ağ Partiya sədri Tural Abbaslı isə bildirib ki, öncə vaksin istehsal edəcək institutlar yaradılmaldır: "Bu məlumat bir az şişirdilmiş formada yayılıb. Yəni Azərbaycan hələ vaksin istehsalına başlamayıb. Bu, hələ vaksin istehsal edə biləcək müəssisənin, bölmənin yaradılmasıdır. Ramin Bayramlı belə bir qərar verib. Burada gen texnologiyası, virusologiya ilə məşğul olmaq olar. Biz aylardır deyirdik ki, bizdə niyə araşdırma aparılmır. Nə qədər ki, Ramin Bayramlı orada oturub Azərbaycan heç vaksinin "V” hərfini belə istehsal etmək gücündə olmayacaq. Təbii ki, bizim kifayət qədər savadlı həkimlərimiz, alimlərimiz var. Amma onları dəyərləndirəcək bir struktur yoxdur. Ancaq yaradılarsa, faydalılığı olacaq. Hər ehtimala qarşı bu institutlar olmalıdır”.

Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa vaksinin tezliklə istehsal olunacağını güman etmir: "Azərbaycanın vaksinlə bağlı potensialı, açığı, mənim üçün aydın olmayan vəziyyətdir. Çünki bu cür avadanlıqların istehsalında xeyli geriyik. Yəni bu sahədə infrakstruktur lazımi səviyyədə qurulmayıb. Ona görə də bunu gözləmək lazımdır. Belə bir təşəbbüs varsa, baxaq görək hansı vaksindən söbhət gedir və bunun effekti nə dərəcədə olacaq. Amma yaradılarsa və aidiyatı qurumlar da buna qarantiya verərlərsə, bundan istifadə etmək də olar. Ancaq Azərbaycanda adi uşaq yeməklərinin istehsalı, sağlam qida təmin edilə bilmədi. Bu səbəbdən də bizim vaksin hazırlayacağımızı güman etmirəm”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR