Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
AZXEBER.COM-un məlumatına görə, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edəcək. Matç saat 20:00-da başlayacaq və CBC Sport telekanalı vasitəsiylə canlı yayımlanacaq.
E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Şerer
"Bakcell Arena"