Bu ilin yanvar-iyul aylarında Azərbaycan Yunanıstana 284 min 374,7 ton xam neft ixrac edib.
AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 182 milyon 764,5 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 22,4 %, dəyəri isə 41,7 % çoxdur.
Yunanıstana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,2 % olub.
Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 591 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.











































