Azərbaycanda 11-ci sinif şagirdi özünü asdı

Azərbaycanda 11-ci sinif şagirdi özünü asdı
KRİMİNAL
11:02 19.11.2013
2916

Zaqatalada 11-ci sinif şagirdi intihar edib.

AZXEBER.COMxəbər verir ki, Zaqatala Rayon ProkurorluğundanAPA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində baş verib.

Zaqatala rayonu Danaçı kənd sakini, 1996-cı il təvəllüdlü Ayzanat Yusif qızı Mehdiyeva özünü yaşadığı evdə asaraq intihar edib.

A. Mehdiyevanın hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Zaqatala Rayon Prokurorluğundan APA-ya o da bildirilib ki, Ayzanat Mehdiyeva Danaçı kənd orta məktəbinin 11-ci sinif şagirdidir.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR