Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq

Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq
İQTİSADİYYAT
02:00 16.08.2014
6610
15 avqust dövlət atributlarımızdan sayılan pul vahidimizin, yəni manatın ilk dəfə dövriyyəyə buraxıldığı tarixdir.ANS TV-nin məlumatına görə, bu, illər ərzində milli valyutamız olan manat dəfələrlə dəyərini itirdi və yenidən qazandı, denominasiya olundu. Bu gün isə, fakt odur ki, manat, dollar və avro ilə müqayisədə qazanır. Ölkədə ilk dəfə 1, 10 və 250 manatlıq məhz 1992-ci ilin bu günündə, yəni avqustun 15-də dövriyyəyə buraxılıb. Daha sonra qəpiklər, bir müddətdən sonra isə 5 manatlıq əskinaslar hazırlandı. Bu gün manatın məzənnəsi kifayət qədər yüksəkdir. Elə ona görədir ki, paytaxt sakinləri daha pullarını bank hesablarına dollar yox, manat şəklində qoymağa daha çox üstünlük verirlər.İqtisadçılar da hesab edirlər ki, hazırda vətəndaşlar öz vəsaitlərini daha çox manat şəkilində saxlayırlar. Çünki manat yığım vasitəsi kimi daha etibarlıdır.İqtisadçı Vüqar Bayramov deyir ki, "Qlobal maliyyə böhranı dövründə manat dollara nisbətən öz məzənnəsini saxladı. Halbuki, Özbəkistan, Rusiya, Qazaxıstanda bu ərəfədə valyuta kəskin şəkildə aşağı düşmüşdü”.Düzdür ayrı-ayrı vaxtlarda valyuta məzənnəsində baş verənlər manata təsirsiz ötüşməyib. Amma 2006-cı idə Milli Bankın həyata keçirdiyi denominasiya Azərbaycan manatının tarixində dönüşə səbəb oldu. Yeni pulların bir manatı 5 min nisbətilə buraxıldı. Elə bunun nəticəsidir ki, indi manat nəyinki Azərbaycanın, hətta regionun ən qiymətli valyutası sayılır.Milli Bank manatın məzənnəsinin davamlı yüksək olması üçün yaxın gələcəkdə dəmir manatlıqlar da buraxmaq niyyətindədir. Bundan başqa dövriyyənin 90 faizini təşkil edən 50, 100 manatlıq əskinaslarla yanaşı, bu faizi yarıbayarı azaltmaq üçün hətta 200, 500 manatlıq əskinasların çapı da nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
09:39 16.10.2025
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
09:28 16.10.2025
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
09:21 16.10.2025
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
09:17 16.10.2025
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
Bu ərazilərdə işıq olmayacaq
08:53 16.10.2025
Bu ərazilərdə işıq olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 16.10.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
08:27 16.10.2025
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
08:23 16.10.2025
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
05:02 16.10.2025
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
03:58 16.10.2025
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
01:37 16.10.2025
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
00:02 16.10.2025
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
23:53 15.10.2025
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
23:30 15.10.2025
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
23:13 15.10.2025
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
23:01 15.10.2025
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb