Azərbaycanda 22 yaşlı oğlan göbələkdən zəhərləndi - vəziyyəti ağırdır

SOSİAL
14:11 15.11.2021
390
Qaxda 22 yaşlı gənc göbələkdən zəhərlənib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, rayonun Əmircan kənd sakini, 1999-cu il təvəllüdlü Nicat İlham oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı N. Məmmədovun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda N. Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR