Azərbaycanda 71 yaşlı arvad ərini öldürdü

KRİMİNAL
11:33 14.01.2014
1903
Ötən gün Astara rayonunda ailə münaqişəsi zəmnində dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Pensər kəndində 75 yaşlı kişi arvadı tərəfindən amansızcasına öldürülüb.

Hadisə axşam saatlarında baş verib. 1942-ci il təvəllüdlü Nənəxanım Əziz qızı Qasımova əri 1938-ci il təvəllüdlü Nəriman Həsən oğlu Qasımovu amansızcasına qətlə yetirib. Qadın ərini bir neçə yerindən bıçaqlayıb. Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər ölüm ayağında olan qoca kişini xilas edə bilməyiblər.

Hadisəni törədən 71 yaşlı qarı tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR