Xəbər verdiyimiz kimi, bu gün Azəbaycanda Aİ-95 markalı benzinin qiymətində artım olub.
Bəs qiymət artımı Aİ-92 markalı benzində də özünü göstərə bilərmi?
Deputat, iqtisadçı alim Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Aİ-95 markalı benzinin qiymət artımı bazara təsir göstərməməlidir:
"Azərbaycanda Aİ-92 və dizel markalı yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
Amma Aİ-95 markalı yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Bu yanacaq xaricdən idxal olunduğu üçün qiymət də həmin sahibkarlar tərəfindən öz xərclərinə uyğun müəyyənləşir. Nəzərə alsaq ki, Azərbaycanda ən çox istifadə olunan Aİ-92 markalı benzindir və bizim qiymətləndirmələr göstərir ki, sürücülərin 90 %-dən çoxu bu yanacaqdan istifadə edir”.
Deputatın fikrincə Aİ-95 markalı benzinin qiymət artımı bazara təsir göstərməməlidir:
"Çünki Aİ-95 markalı benzindən istifadə edən sürücülərin sayı digəri ilə müqayisədə xeyli azdır. Bu səbəbdən avtomobil bazarında da xüsusi dəyişikliklər olmayacaq. Çünki biz mütəmadi olaraq sözügedən benzinin qiymətində dəyişikliklər müşahidə etmişik. Xərcə uyğun olaraq qiymət artımı və azalması müşahidə edilib”.