Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər - VİDEO

Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər - VİDEO
SOSİAL
16:58 09.02.2023
8104
Qardaş Türkiyədə son 100 ilin ən dəhşətli zəlzələsi baş verib.
 
Tarixən Azərbaycanda da güclü zəlzələlər olub.
 
AZXEBER.COM ölkəmizdə bu günə qədər yaşanan ən dəhşətli zəlzələlərin siyahısını hazırlayıb. 


Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub. 

700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. 

Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi" qeydə alınıb.
 
Azərbaycan tarixində ən dəhşətli zəlzələlər Şamaxı və Bakı şəhərlərində olub.

- Şamaxı zəlzələsi 1667-ci ildə 6.9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.
 
- Növbəti ən dəhşətli zəlzələ yenə də Şamaxıda 1669-cu ildə 5.7 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.

- Şamaxıda daha bir zəlzələ isə 1902-ci il 6.9 bal gücündə olub. Zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.

Bakıda ən güclü isə 2000-ci ildə yaşanıb. Zəlzələ 6.8 bal gücündə olub. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kənan valideynlərinin arxiv görüntüsünü yayımlayıb - FOTO
11:56 09.09.2025
Kənan valideynlərinin arxiv görüntüsünü yayımlayıb - FOTO
Dövlət Xidməti: "Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətdədir
11:49 09.09.2025
Dövlət Xidməti: "Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətdədir
İsraildən Qəzza sakinlərinə - Xəbərdarlıq
11:46 09.09.2025
İsraildən Qəzza sakinlərinə - Xəbərdarlıq
Sahibə Qafarova : "ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesinə töhfə verəcək"
11:43 09.09.2025
Sahibə Qafarova : "ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesinə töhfə verəcək"
Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb
11:40 09.09.2025
Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb
Balaəli: Məni görəndə insanların yadına meyxana düşür
11:35 09.09.2025
Balaəli: Məni görəndə insanların yadına meyxana düşür
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur
11:28 09.09.2025
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur
Ermənistanla ABŞ İrəvanda Zəngəzur dəhlizini müzakirə edəcəklər
11:26 09.09.2025
Ermənistanla ABŞ İrəvanda Zəngəzur dəhlizini müzakirə edəcəklər
MM-in komitə sədri: Vaşinqtonda əldə edilən razılaşma sülhü bizə yaxınlaşdıran reallıq oldu
11:24 09.09.2025
MM-in komitə sədri: Vaşinqtonda əldə edilən razılaşma sülhü bizə yaxınlaşdıran reallıq oldu
Baş katib Azərbaycanın AQEM-ə sədrliyini məhsuldar adlandırıb
11:22 09.09.2025
Baş katib Azərbaycanın AQEM-ə sədrliyini məhsuldar adlandırıb
Rusiyanın Donetski atəşə tutması nəticəsində 6 nəfər ölüb
11:20 09.09.2025
Rusiyanın Donetski atəşə tutması nəticəsində 6 nəfər ölüb
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
11:18 09.09.2025
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
11:14 09.09.2025
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
11:13 09.09.2025
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
11:11 09.09.2025
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
11:04 09.09.2025
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb