Azərbaycanda bəzi kanalların yayımı dayandırılacaq

Azərbaycanda bəzi kanalların yayımı dayandırılacaq
MEDIA
20:32 03.08.2015
1797

"Efirimizi Azərbaycana düşmən münasibətdə olan kanallara peşkəş edə bilmərik"

“Kabel şəbəkəsi yayımı ilə məşğul olan ayrı-ayrı operatorlar cəlbedici olsun deyə, yayım paketinə 150-200 və daha çox xarici kanal daxil edir. Bu da öz növbəsində əlavə problemlər yaradır. Operator 150-200 xarici kanalı paketə daxil edibsə, deməli o kanalların hər biri ilə ayrı-ayrılıqda retranslyasiya ilə bağlı müqavilə olmalıdır”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

Sədr müavini bildirib ki, bir neçə gün əvvəl MTRŞ-da Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə keçirilən görüşdə kabel şəbəkəsi sahəsindəki mövcud vəziyyət ətraflı təhlil olunub: “150-200 xarici kanalla əlaqə saxlamaq, onlarla müqavilə bağlamaq asan iş deyil. Bu heç iqtisadi cəhətdən də operatorlar üçün sərfəli sayılmır. Onlar nə qazanır ki, o sayda kanalın şərtlərini ödəyə bilsinlər? Müvafiq müqavilə olmadan yayımın həyata keçirilməsi isə birbaşa müəllif hüquqlarının pozulması deməkdir. Bu da çox ciddi nəticələrə gətirib çıxara bilər. Bu istiqamətdə kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə müəyyən söhbətlərimiz oldu”.

Q. Cəbiyevin sözlərinə görə, kabel şəbəkəsi paketinə çox saylı idman, musiqi və kino kanalları daxil edilir: “Görürsən ki, bəzi operatorlar ucdan tutma bu cür kanalları paketə daxil edir. Burada bir növ balans pozulur. Yaxşı olar ki, bir operator bu qəbildən olan üç kanalı, digər operator başqa üç kanalı yayımlasın. Biz bunları da yayımçıların ixtiyarına buraxdıq. Balans yaranmalıdır ki, onlar bir-birlərini təkrar etməsinlər”.

Sədr müavini əlavə edib ki, Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici kanallarla da bağlı MTRŞ tərəfindən kabel şəbəkəsi yayımçılarının rəhbərlərinə tövsiyələr verilib: “Biz bu işlərə qarışmırıq. Azərbaycan dünyaya açıq ölkədir. Peyk yayımı vasitəsilə Azərbaycan tamaşaçısı istənilən xarici kanalları izləyə bilir. Amma biz yaxın və uzaq ətrafda Azərbaycana, azərbaycanlılara, bizim reallıqlarımıza qarşı olan münasibətlərə reaksiya verməyə bilmərik. Elə ölkələrin elə kanalları var ki, onlar vaxtaşırı efirdə Azərbaycan reallıqlarını təhrif edən materiallar verirlər. Elə xarici kanallar var ki, Azərbaycana düşmən mövqe sərgiləyən iş adamlarına, siyasətçilərə məxsusdur. Onlar da istər-istəməz ara-sıra da olsa, Azərbaycan əleyhinə təxribat xarakterli, dezinformasiya xarakterli məlumat yayırlar. Mən onların adlarını açıqlamaq istəməzdim. Bu kanallar bizə də, operatorlara da, tamaşaçıya da bəllidir. Kabel şəbəkəsi yayımçılarının rəhbərlərinə tövsiyəmiz bu oldu ki, kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorlar yayım paketini formalaşdırarkən bunları da nəzərə alsınlar. Azərbaycana düşmən münasibətdə olan kanallara efirimizi peşkəş edə bilmərik. Bu gün informasiya təhlükəsizliyi sərhədlərin toxunulmazlığı qədər vacib və ciddi məsələdir.

Şura kabel şəbəkəsi operatorlarına siyahı tərtib edib verəsi deyil ki, bunları yayımla, bunları yox. Ölkədə bu məsələlər azaddır. Kabel şəbəkəsi yayımına rəhbərlik edənlər də bu respublikanın vətəndaşlarıdır. Kabel şəbəkəsi yayımı ilə məşğul olan hər bir şəxs ölkəmizin maraqlarını mütləq şəkildə nəzərə almalıdır”.

Sədr müavini onu da qeyd edib ki, Bakıda və digər şəhərlərdə ayrı-ayrı fiziki və hüquqi şəxslər qanunsuz olaraq kabel şəbəkəsi yayımı ilə məşğuldurlar: “Bəzi insanlar unudurlar ki, kabel şəbəkəsi yayımı lisenziyalaşdırılmalı olan fəaliyyət sahəsidir. Lisenziyası olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barədə ölçü götürülməlidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu