Azərbaycanda cinayət törədən 28 nəfər tutulub

KRİMİNAL
19:00 10.01.2014
1796

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, onların da 43-ü “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı qeydə alınan 3 cinayətin hamısı, xuliqanlıq zəminində törədilən 11 cinayətdən 6-sı açılıb.Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

OXŞAR XƏBƏRLƏR