Azərbaycanda COVID-19 ilə bağlı vaksinasiya prosesi başa çatdı

SAĞLAMLIQ
12:29 02.11.2023
489
"Ölkədə COVID-19 ilə bağlı vaksinasiya prosesi demək olar ki, böyük uğurla başa çatıb”.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir:

"Vaksin ehtiyatımız yetərincədir. Vaksin olunmayanlar üçün hələ də gec deyil. Vətəndaşları məsuliyyətlərini dərk edərək vaksinasiya olunmağa çağırıram”.

OXŞAR XƏBƏRLƏR