Azərbaycanda çörəyin qiyməti bu tarixdən bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda çörəyin qiyməti bu tarixdən bahalaşacaq? - AÇIQLAMA
SOSİAL
23:23 10.09.2024
1714
Azərbaycanda çörəyin qiyməti arta bilər.

Buna səbəb ölkədə yanacağın qiymətinin artması, eləcə də Qazaxıstan və Rusiyadan idxal etdiyimiz buğda ilə bağlıdır.

Belə ki, Azərbaycan daxilində daşımalar, əkin-biçin, kənd təsərrüfatında, aqrar sahələrdə dizel yanacağından istifadə olunur. Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25% artıb. Habelə Azərbaycanın əsas buğda aldığı ölkələrdə - Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Bu o deməkdir ki, dünya bazarında da taxılın qiymətinin artması gözlənilir.

Bəs çörəyin qiyməti hansı tarixdən bahalaşacaq?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda un məmulatların qiyməti daha çox xarici bazarlardan asılıdır. Çünki bizim daxili tələbatımızı ödəmək üçün yerli istehsal cəmi 25%-ə kifayət edir. 75% əmtəəlik un məmulatlarında istifadə olunan buğdanı biz xaricdən alırıq.

"Keçən il yaz əkini zamanı Azərbaycanın əsas buğda aldığı ölkələrdə Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Sadəcə indi hamı payızlıq buğdanın miqdarına görə qiymət siyasətini müəyyənləşdirəcəyini düşünür.

Bir neçə aydan sonra payızlıq buğda bazara çıxacaq. Əgər buğdanın həcmi çox olacaqsa, bu qiymətlərin tənzimlənməsinə çox bahalaşmamasına səbəb ola bilər. Bu xarici amildir, daxili amil isə daha çox dizel yanacağı ilə bağlıdır.

Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25% artıb. Birdən-birə 25% qiymət artımı təbii ki, daxili bazarda qiymət formalaşmasına təsir göstərir. Buğdanın əkilməsi, biçilməsi, yığılması fermerlərə təsir göstərir, daşınma xərcləri artır”, - deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert payız aylarında yeni ilə yaxınlaşdıqca çörəyin qiymətinin artmasını gözlədiyini vurğulayıb.

"Sadəcə Azərbaycanda bir özəllik də var ki, çörəyin qiyməti ən son artırılır. Azərbaycanda çörəyin qiymətinin artmasının başqa yolları da var. Bizdə çörəyin çəkisi azaldılır. Bu da əslində qiymət artımıdır. Yəni, çörəyin çəkisi azalır, amma satış qiyməti dəyişmir”.

Digər həmsöhbətimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov məsələ ilə bağlı bildirib ki, çörəyin qiymətindəki sabitliyi qorumaq üçün ilk növbədə yerli istehsalı stimullaşdırmaq lazımdır. Çünki qeyri-müəyyən dünya iqtisadiyyatındakı şəraitlər, xüsusilə qiymətlərin dünya bazarında dəyişməsi idxaldan asılılıq şəraitində daxili bazara ciddi təzyiqlər göstərir.

"Digər tərəfdən biz Rusiya və Qazaxıstanla kifayət qədər konsktruktiv münasibətlər qurmuşuq və idxal baxımından bir qədər mövcud ola biləcək problemlərin qarşısını almışıq. Buna baxmayaraq, yerli istehsalın stimullaşdırılması dayanıqlı şəkildə qiymətlərin sabitliyinə müsbət təsirlər göstərə bilər”.

İqtisadçı-ekspert qeyd edib ki, dövlət müvafiq fiskal mexanizmlərdən istifadə edərək qiymətlərin sabitliyinə doğru müvafiq addımlar ata bilər.

"Digər tərəfdən, bir sıra hallarda sahibkarlar birbaşa qiymət artımına deyil, çörəyin çəkisinin onun keyfiyyət strukturunun dəyişdirilməsi vasitəsilə faktiki olaraq reallıqda qiymət artımına gedir ki, bunun da istehlakçılar bir çox hallarda görmür, amma reallıqda bu da qiymət artımıdır”.

Bütün bunlara əsaslanaraq ekspert qeyd edib ki, əgər dünya bazarında hansısa cüzi olmayan, xeyli böyük göstəricilərlə ifadə olunan qiymət dəyişiklikləri olarsa, onda Azərbaycanda da qiymətlərdəki dəyişkənlik qaçılmaz olacaq.

Ekspert düşünür ki, müvafiq mexanizmlər vasitəsilə dünya bazarında qiymətlər dəyişsə belə, ölkə rəhbərliyinin bu məsələyə həssas yanaşması nəticəsində maksimum çalışılacaq ki, qiymətlərin sabitliyi qorunsun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu