Azərbaycanda dəhşət: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Azərbaycanda dəhşət: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu
SOSİAL
09:35 29.08.2021
768
Masallı sakini əri tərəfindən bıçaqlanıb.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb.

Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR