Azərbaycanda dəhşətli cinayət - 21 yaşlı oğlan arvadını öldürüb Kürə atdı

Azərbaycanda dəhşətli cinayət - 21 yaşlı oğlan arvadını öldürüb Kürə atdı
HADİSƏ
16:11 20.05.2025
788
Sabirabadda qətl hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir.
 
///apa
OXŞAR XƏBƏRLƏR