Goranboy rayonunda mənzildə güclü partlayış baş verib.
AZXEBER.COM DİN-in saytına istinadən bildirir ki, martın 29-da saat 08 radələrində Bakı şəhər sakiniNadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin dam örtüyündə və divarlarında çatlar əmələ gəlib, pəncərə və qapı şüşələri sınıb, yanıq xəsarəti almış N.Mehralıyev, arvadı Nailə, qızları Gülcəmal və Solmaz xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.