Azərbaycanda dəhşətli qəza - 3 nəfər öldü

SOSİAL
16:53 05.04.2023
776
Salyanda ağır yol qəzası olub.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.

OXŞAR XƏBƏRLƏR