Samuxda qətl hadisəsi törədilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.
Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.
A.Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir