Azərbaycanda əsgərliyə çağırış yaşı dəyişəcək - VİDEO

SOSİAL
10:07 29.03.2016
2873

Azərbaycanda ümumi təhsil 12 illik olacaq. Yeni sistemə keçidlə bağlı bu ay Təhsil Nazirliyi aidiyyatı qurumlarla müzakirələrə başlayıb.

İlkin təkliflərə əsasən, təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkil edilməsi, prosesə hazırlıq üçün pilot mərhələnin tətbiqi nəzərdə tutulur. 12 illlik təhsilə keçidlə bağlı əsas maraq doğuran məsələlərdən biri də hərbi xidmət yaşı ilə bağlıdır. Məsələyə Müdafiə Nazirliyi də münasibət bildirib.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına əsasən Azərbaycanda 10 illik icbari ümumi təhsil və 2 illik tam orta təhsil olmaqla 12 illik ümumi təhsil sistemi yaradılacaq. Təhsilin idarə edilməsi üzrə beynəlxalq ekspert Aqil Şərifovun sözlərinə görə, hazırda 136 ölkədə, o cümlədən keçmiş Sovet respublikalarından doqquzunda 12 illik təhsil sistemi tətbiq edilir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada ümumi təhsilin müddəti 13 il, Kanada, Fransa, Hollandiya və Çexiyada hətta 14 ildir. 12 ilik təhsilin ən uzun müdət və uğurla tətbiq olunduğu ölkələrdən biri Amerika Birləşmiş Ştatlarıdır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3-6 faiz artımına gətirib çıxarır.

Türkiyədə 2012-2013-cü tədris ilindən etibarən 12 illik icbari orta təhsil sisteminə keçid olub. Bu ölkədə şagirdlər 4 il ibtidai, 4 il orta, 4 il lisey təhsili alırlar. Ekspertlər hesab edirlər ki, bu və bənzər formatın ölkəmizdə tətbiqi üçün uzun müddət lazımdır.

12 illlik təhsilə keçidlə bağlı əsas maraq doğuran məsələlərdən biri də hərbi xidmət yaşı ilə bağlıdır. Müdafiə Nazirliyi bəyan edib ki, bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda hərbi xidmətə çağırışla əlaqədar "Hərbi xidmət haqqında" əsasnaməyə yenidən baxıla bilər.

/// xezerxeber.com

OXŞAR XƏBƏRLƏR