Azərbaycanda hansı sənaye sahələrinin inkişafı gözlənilir?

Azərbaycanda hansı sənaye sahələrinin inkişafı gözlənilir?
İQTİSADİYYAT
15:00 23.01.2014
1677

Azərbaycan sənayesində növbəti illərdə perspektivli sahələrdən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib.Nazirin sözlərinə görə, bu sahənin inkişafında 4 zavoddan ibarət olacaq və tam istehsal zəncirinin qurulması nəzərdə tutulan Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edəcək.O bildirib ki, Azərbaycan üçün ənənəvi neft-qaz emalı sənayesinin daha da inkişaf etdirilməsi qarşıdakı illər uçun əsas prioritetlərdən biri olaraq qalacaq.Nazir yeni neft və qaz emalı zavodlarının, müxtəlif çeşiddə polimerlər istehsal edəcək neft-kimya və Sumqayıt Karbamid zavodlarının inşasının neft-kimya və kimya sənayesinin inkişafını sürətləndirməklə, ümumilikdə qeyri-neft sənayesinin və əlaqədar sahələrin inkişafına təkan verəcəyini qeyd edib:“Qarşıdan gələn illər üçün perspektivli sahələr hesab olunan maşınqayırma sənayesi, xüsusilə də neft maşınqayırması sahəsində istehsal çeşidlərinin və həcminin artırılması, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçiriləcək”.Nazir bildirib ki, yeni sement istehsalı güclərinin fəaliyyətə başlaması, metal konstruksiyaların, seramik plitələrin, kimya sənayesi ilə əlaqəli tikinti materiallarının istehsalı tikinti materialları sənayesinin dinamik inkişafına imkan verəcək.Onun sözlərinə görə, növbəti illərdə aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan daha səmərəli istifadə etməklə yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalının artırılmasına nail olunacaq:“Bu da ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını daha dolğun ödəməklə yanaşı, ixrac potensialının genişləndirilməsinə şərait yaradacaq”.Nazir bildirib ki, növbəti illərdə yüngül sənayenin inkişafına da xüsusi önəm veriləcək və yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması dəstəklənəcək.O, eyni zamanda əlavə edib ki, qeyd olunanlarla yanaşı, yeni sahələr kimi kosmik və müdafiə sənayelərinin inkişafına, alternativ enerji istehsalının genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib