Azərbaycanda iki sığorta şirkətinin fəaliyyəti dayandırıldı

İQTİSADİYYAT
15:02 06.03.2014
1504
Azərbaycan Maliyyə Nazirliyi tərəfindən iki sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb.
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.
Belə ki, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar «Günay Sığorta» və «Royal Sığorta» şirkətlərinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi dayandırılıb.

OXŞAR XƏBƏRLƏR