Azərbaycanda intim münasibətdə olduğu 75 yaşlı kişini qətlə yetirən qadın- Cinayət tarixi

KRİMİNAL
13:05 11.12.2013
3748

75 yaşlı Aydın Məlikovun meyitini yaşadığı mənzildə yaxın dostu aşkarlayıb.

Məlikovun evinin altında elektro təmir sexi işlədən Natiq Tağıyev nahar vaxtı onun yanına yeməyə qalxıb.Qapının açıq olduğunu görən Natiq evə Məlikovun qonşusu ilə daxil olub.Mənzilə daxil olanlar Aydının elektrik naqili ilə boğularaq qətlə yetirilmiş meyitini görüblər.Bu barədə polisə məlumat verilib. Hadisə yerinə gələn prokurorluq əməkdaşları müayinələr aparıb, ölçülər götürüblər.Araşdırmalar zamanı qətlə yetirilən şəxsin evinə qulluqçusu işləyən 35 yaşlı Yeganə Məmmədovanın gəlib-getməsi müəyyən edilib.Əməliyyatçılar ilk olaraq həmin qadının yerini müəyyən etməyə çalışıblar.35 yaşlı Yeganə Məmmədova 24-cü polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılanda o, qulluqçu işlədiyi evin sahibini öldürməsini etiraf edib.Aydın Məlikova Yeganə Məmmədovadan əvvəl bacısı Zülfiyyə qulluq edib. Bir müddət sonra Zülfiyyə Türkiyə vətəndaşına ərə gedəndə öz yerinə ev sahibinə boşanmış bacısını məsləhət görüb.Razılığa əsasən Yeganə Aydın Məlikovun evində təmizlik işləri aparmalı olub, əvəzində isə Məlikov Məmmədovaya uşaqları ilə evində yaşamağa icazə verib.Yeganə Məmmədova arabir ev sahibi ilə bir yataqda da yatıb.Ev sahibinə həm yataqda, həm də ev işlərində qulluq edən Yeganə boş vaxtlarında başqa işdə də çalışıb.Bu vaxt ərzində Yeganə bir oğlanla tanış olur və onunla qeyri-rəsmi yaşamağa başlayır.Amma Aydın Məlikovun evində təmizlik işləri aparmaqda davam edib.Məlikovla Yeganə arasında münasibətlər qadının işlərinin öhdəsindən gələ bilməyəndə korlanıb.Məlikov Yeganənin ev yığışdırmasını bəyənməyib. Aydın kişi daima onu pisləyərək əlindən heç nə gəlmədiyini bildirib.Bu səbəbdən də onlar arasında tez-tez mübahisələr baş verib.Bu mübahisələrin birindən sonra səbri tükənən qadın onu təhqir edən 75 yaşlı kişini yerə yıxıb əllərini bağlayıb.Əlləri bağlı olan ev sahibi işçisini söyməkdə davam edib. Özündən çıxan Yeganə əlinə 60 santimetrlik elektrik naqili götürüb Məlikovu boğaraq qətlə yetirib.Yeganə Məmmədova məhkəmədə belə ifadə verəndə ondan soruşulub ki, “əgər münasibətləriniz belə pis idisə, niyə onun yanında işləyirdin?”.Yeganə isə bildirib ki, “şəxsiyyət vəsiqəm onda idi. O da onu mənə qaytarmaqdan imtina edirdi”.Məhkəmədə ifadə verən zərərçəkən atası ilə Yeganənin yaxın münasibətdə olmasını deyərək qətlin tamah məqsədi ilə törədildiyini bildirib.Son sözlə çıxış edən Yeganə Məmmədova əməlindən peşman olmadığını söyləyib.Hakimlərin elan etdiyi hökmə əsasən Yeganə Məmmədova 13 il müddətinə azadlıqdan məhrum edilib.(azxeber.com)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir