Azərbaycanda kino kimi hadisə: Sərhəddə tragikomik ölüm

HADİSƏ
12:32 23.03.2019
3549

randan Azərbaycana narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub.

ONA xəbər verir ki, hadisə Astara gömrük-sərhəd keçid məntəqəsində baş verib. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Bağırov Qabil İsmayıl oğlunun halı qəfildən pisləşib və dünyasını dəyişib.

İlkin məlumata görə, onun daxili orqanında gizlətdiyi narkotik vasitə zəhərlənməyə səbəb olub. Q.Bağırovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR