Lider TV-nin simalarından olanZabir Əliyevin oriental rəqs etmək bacarığının olması bəlkə də çoxlarınıza qəribə gələcək. İnanmıram deyənlər yanıldıqları ilə barışsınlar.Trend-in məlumatına görə, Zabir "Rəngarəng" verilişinin Lider TV-nin yaranmasının 11 illiyinə həsr olunmuş bayram konsertində səhnədə oriental rəqslərin mahir ifaçısı Nailə Dadaşovailə birlikdə elə bir şou-göstərdi ki, onu sözlə ifadə etmək çox çətindir. Məlumatı olmayanlara deyək ki, tele-aparıcı həm də müğənni kimi karyerasını davam etdirir və bir neçə mahnısı lentə alınıb. Repertuarındakı "Ay budu" mahnısını ifa edən zaman Nailəni səhnəyə dəvət edən efir ulduzu, ərəb ritmləri üzərində yazılmış mahnıda rəqs etmək qabiliyyətini bütünklüklə nümayiş etdirdi. Bir anın içində tərəf müqabilinə çevrilən cütlük, pozitiv enerjiləri ilə tədbrin abu-havasını daha da pozitivləşdirdilər. 2 sentyabr tarixində axşam saat 20:30-da Lider TV ekranlarında yayımlanacaq "Rəngarəng" verilişini izləməklə siz də bu şouya tamaşa etmək şansı qazana bilərsiniz. Hələliklə oriental şoudan hazırladığımız fotosessiyanı diqqətinizə çatdırırıq.