"Azərbaycanda doqquz yaşlı qız atasından şiddət görür”.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, Rauf Vəliyev adlı şəxs doqquz yaşlı M.M-nı işgəncə verərək döyüb.
"Həmin şəxs "WhatsApp” vasitəsi ilə keçmiş həyat yoldaşına zəng edir və qızına işgəncə verir.
Cütlük 10 il qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Artıq ayrılıblar və qadın Rusiyanın Moskva şəhərində yaşayır. Qadının Raufdan ayrılma səbəbi işgəncə görməsidir”, - deyə K.Ağazadə əlavə edir.