Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandaxam neft hasilatı 21,064 mln. ton təşkil edib.
AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 0,4% çoxdur.
Hesabat dövründə hasil olunmuş xam neftin 21,037 mln. tonu (0,4% çox) əmtəəlik neft təşkil edib.
İlin I yarısında 14,923 mlrd. kubmetr qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,2% çoxdur. Bu müddətdə əmtəəlik qaz hasilatının həcmi isə 9,362 mlrd. kubmetr təşkil edib. Bu isə illik müqayisədə 8,8% azalma deməkdir.