Azərbaycanda növbəti dəm qazı faciəsi - Bir qadın öldü, biri reanimasiyadadır

SOSİAL
23:41 04.01.2020
4292
Sabirabad və Xaçmazda rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.
O, Şirvan Şəhər Xəstəxanasına gətirilərkən yolda vəfat edib.

Xaçmazın Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı da dəm qazından zəhərlənib.

O, Xaçmaz Mərkəzi Rayon  Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR